29 
Yan
2024
18:28
661

Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir

Baş nazir İrakli Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir.

InterPress.ge xəbər verir ki, bu barədə mətbuatda məlumat yayılıb.

Xatırladırıq ki, bu  gün  Qaribaşvili istefa verdiyini açıqlayıb.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.

Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var.

“Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı qurumun rəhbərinə də təsir edəcək”, - mətbuatın məlumatında bildirilib.
 

O cümlədən Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək.

Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır.

 

Bizimlə əlaqə saxlayın