Fevralın 2-dək Gürcüstanda gözlənilən hava proqnozu açıqlandı
Fevralın 2-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, yalnız yanvarın 30-da Şərqi Gürcüstanın bəzi ərazilərində zəif qar və duman ola bilər.
“Yanvarın 30-da Tbilisidə zəif qar, duman müşahidə oluna bilər, fevralın 2-dək hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +8 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): Yanvarın 30-da bəzi yerlərdə qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 5-8 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): Yanvarın 30-da bir qədər qar və duman ola bilər, fevralın 2-dək hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 30-da bəzi yerlərdə qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.


