28 
Yan
2024
21:01
290

Prokurorluq Senakidə Gürcüstan Bankında baş vermiş quldurluqla bağlı bir nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Senakidə Gürcüstan Bankını qarət edən bir nəfərə qarşı ittiham aktı açıb.

IntetPress.ge xəbər verir ki, bu barədə məlumatı prokurorluq yayıb.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, yanvarın 26-da təqsirləndirilən şəxs bıçaqla  Senaki şəhərində yerləşən Gürcüstan Bankının əməkdaşlarına hücum edib. Hücum edən şəxs bıçaq nümayiş etdirərək bankda olan vətəndaşa məxsus 900 avronu ələ keçirib və hadisə yerindən qaçıb.
 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci hissəsi ilə (quldurluq, həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə törədildikdə) 5 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan ittiham irəli sürülüb. Prokurorluq həbs qətimkan tədbiri olaraq həbs müddətinin qanunla müəyyən edilmiş müddət ərzində uzadılması barədə vəsatətlə məhkəməyə müraciət edəcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın