Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub
Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.
InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, Xaşuri-Axaltsixe-Vale, Axalkalaki-Kartsaxi və Axaltsixe-Ninotsminda avtomobil yollarının hissələrində, həmçinin Nakerala keçidində və Qudauri-Kobi hissəsində məhdudiyyətlər tətbiq edilib.
Aşağı temperatur və görmə məhdudluğu ilə əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun km 51-km 97 (Acğuri-Vale) hissəsində, Axalkalaki-Kartsaxi avtomobil yolunun km1-km36.5 hissəsində və Axaltsixe-Ninotsminda avtomobil yolunda 22-dən çox oturacaq yeri olan M3 kateqoriyalı (sürücü oturacağı istisna olmaqla) nəqliyyat vasitələrinin, həmçinin qoşquların, yarımqoşquların hərəkəti qadağandır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Nakerala keçidində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Qarla əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km 39-km 62 (Nakerala aşırımı) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Həmçinin yolun qalan hissəsində nəqliyyatın hərəkəti məhdud deyil.


