Telavidə gənc oğlan ölü tapılıb.
InterPress.ge-nin xəbərinə görə, Rustaveli küçəsində yerləşən çörək sexlərinin birində 35 yaşlarında şəxs çörəkçi işləyirmiş.
Mərhumun atası sexə gələndə oğlunun öldüyünü görüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Bu mərhələdə oğlanın ölümünə nəyin səbəb olduğu məlum deyil.
Mərhum Qurcaanidə Milli Ekspertiza Bürosuna aparılır. İstintaq ölümünün əsl səbəbini müəyyən edəcək
