24 
Yan
2024
14:15
955

Yanvarın 25-27-də Gürcüstanda gözlənilən hava şəraiti

Yanvarın 25-26-da Gürcüstanda nisbətən soyuq və əsasən yağmursuz hava şəraiti gözlənilir. Şaxta gecə saatlarında daha da güclənəcək. Yanvarın 27-dən hava yağıntılı olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Yanvarın 25-26-da Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə -1, -3 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yanvarın 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): yanvarın 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz -4, -6 dərəcə şaxta olacaq.

Bizimlə əlaqə saxlayın