Baş nazirin rəhbərliyi ilə hökumətin iclası keçirildi - Nələr müzakirə edildi?
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
InterPress.ge xəbər verir ki, hökumət administrasiyasının məlumatına görə, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 4 məsələni müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında “Akademik Nikoloz Ğipşidze adına Mərkəzi Universitet Klinikası MMC" - nin yeni layihəsi ilə əlaqədar bir sıra məsələlərin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Gürcüstan hökumətinin layihəsi də olub.
Baş nazirin hökumətin iclasında qeyd etdiyinə görə, mütəxəssislərin rəyinə əsasən, klinikanın beynəlxalq standartlara cavab verməsi üçün binanın yenidən qurulması əksər hallarda qeyri-mümkün və sərfəli deyil, müvafiq olaraq köhnə binanın sökülməsi nəzərdə tutulur və Respublika Xəstəxanasının bazasında çoxsahəli, yüksək texnologiyalı tibb müəssisəsi, yeni Respublika Xəstəxanası tikiləcək.
“Nazirlik bu məsələ ilə bağlı çox işləyib – Respublika Xəstəxanasının həm maliyyə, həm də infrastruktur vəziyyətini hərtərəfli öyrənib; klinikanın təhlükəsizlik normalarına və beynəlxalq tələblərə necə cavab verdiyini öyrənib. Prosesə həm gürcüstanlı, həm də beynəlxalq ekspertlər cəlb olunub; 5 müxtəlif ekspert araşdırması aparılıb; Klinikadakı çətin vəziyyəti aydın şəkildə təqdim edən müvafiq nəticələr hazırlanıb. Mütəxəssislərin qənaətinə görə, klinikanın beynəlxalq standartlara cavab verməsi üçün binanın yenidən qurulması əksər hallarda mümkünsüz və sərfəli deyil. Müvafiq olaraq, köhnə binanın sökülməsi və Respublika Xəstəxanasının bazasında çoxsahəli, yüksək texnologiyalı tibb müəssisəsinin, yeni Respublika Xəstəxanasının tikilməsi nəzərdə tutulur. Bu, beynəlxalq standartlara cavab verən yeni Respublika Xəstəxanası olacaq. Şəxsən nazirin koordinasiyası ilə Respublika Xəstəxanasının əməkdaşlarının bir qismi artıq müxtəlif dövlət klinikalarında işlə təmin olunub, bəziləri işlə təmin olunacaq və vurğulamaq istərdik ki, heç bir işçi işsiz qalmayacaq. Hər kəs alternativ iş təklifi və ya görünməmiş layiqli kompensasiya ilə təmin olunacaq”, - deyə İrakli Ğaribaşvili bildirib.
Tbilisi Respublika Xəstəxanasının bazasında yeni, müasir, beynəlxalq standartlara cavab verən dövlət klinikası tikiləcək. Çoxprofilli, yüksək texnologiyalı tibb müəssisəsi bütün əsas tibb istiqamətlərini əhatə edəcək.
Səhiyyə Nazirliyi binanın sökülməsi layihəsi və klinikanın layihələndirilməsi üzrə satınalma prosedurlarına başlayır.
Layihə işlərinin satın alınması Dünya Bankının prosedurlarına tam uyğun olaraq həyata keçiriləcək ki, bu da beynəlxalq şirkətlərin prosesdə iştirakına imkan verəcək.
Müasir standartlara cavab verən mərkəzi qan bankı açılacaq; Ərazidə GDP standartına uyğun aptek, iş otaqları, tibbi kitabxana, teletibb otaqları və s. təşkil olunacaq. Həmçinin Respublika Xəstəxanası universitet klinikası statusunu saxlayacaq ki, bu da gələcək həkimlərin klinik fəaliyyətə tam inteqrasiyası və müvafiq infrastrukturun təmin edilməsi deməkdir.


