22 
Yan
2024
13:28
329

Antikorrupsiya Bürosu vəzifəli şəxslərin əmlak bəyannamələrini yoxlayacaq

Yüksək ictimai maraq və yüksək korrupsiya riski ilə əlaqədar Antikorrupsiya Bürosu Gürcüstan hökuməti üzvlərinin, parlament üzvlərinin, Acarıstan və Abxaziyanın ali nümayəndəlik orqanının, hökumət üzvlərinin əmlak bəyannamələrini yoxlamağı planlaşdırır. 

InterPress.ge xəbər verir ki, Antikorrupsiya Bürosunun saytında dərc olunan məlumatda qeyd edilib ki, cari il ərzində Büro tərəfindən 300 vəzifəli şəxsin əmlak bəyannaməsinin yoxlanılması barədə qərar qəbul edilib.

Onların məlumatına görə, büro digərləri ilə yanaşı, baş nazir İrakli Qaribaşvili, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, Nazirlər Kabinetinin üzvləri, onların müavinləri və Parlament deputatları, eləcə də Tbilisi meri Kaxa Kaladzenin əmlak bəyannaməsi ilə maraqlanacaq.

Bizimlə əlaqə saxlayın