22 
Yan
2024
11:04
1165

Mübahisə zəminində üç həmkəndlisini güllələyən şəxs tutuldu

Daxili İşlər Nazirliyi Telavi bələdiyyəsində 3 həmkəndlisini yaralayan şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, DİN-in Kaxeti Polis Departamentinin Telavi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.K.-ni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə saxlayıblar.

Cinayət 13 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsinin Lapanğuri kəndində qarşılıqlı mübahisə zəminində 3 həmkəndlisini odlu silahla yaralayıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlara müvafiq tibbi yardım göstərilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.K. şübhəli şəxs qismində tutulub.

Polis cinayət silahını sübut kimi götürüb.

İki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın