21 
Yan
2024
18:48
627

Batuminin ticarət mərkəzlərindən vətəndaşlar evakuasiya edilir

Batumidəki “Grand Mall”, “Metro City” və “Plaza” ticarət mərkəzlərindən təxliyə işləri aparılır.

InterPress​​​​​.ge xəbər verir ki, "Grand Mall” mağazalarından birinin əməkdaşının “verdiyi məlumata görə, mühafizə xidmətinin əməkdaşları səbəbini açıqlamasalar da, binanı vaxtında tərk etməyi xahiş ediblər.

Versiyalardan birinə görə, ticarət mərkəzlərindən evakuasiya minanın olması barədə xəbərdarlıqla bağlıdır.

“Bir neçə dəqiqə əvvəl administrasiyanın mühafizə xidmətinin əməkdaşı gəlib binanı təcili tərk etməyimizi ciddi şəkildə xəbərdar etdi. Səbəbini bizə bildirmədilər. Bundan əvvəl isə mağazaların birində səs-küy eşitdik. Fikirləşdik ki, oğurluq olub, sizə deyə bilmərik, təfərrüatını bilmirik, mina-filan axtarırlar. Sosial şəbəkədə yayılan versiyalardan birinə görə, yəqin ki, budur. Vətəndaşlar maşınlarla binadan çıxarılır. Binadan uzaqdayıq”, - deyə mağaza işçilərindən biri bildirib.

Bizimlə əlaqə saxlayın