Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Həmas” ın nümayəndə heyəti Moskvaya gedib

307
“Həmas” ın nümayəndə heyəti Moskvaya gedib
Dinləmək üçün basın

“Həmas”ın nümayəndə heyəti Qəzzada atəşkəsə nail olmaq yollarını müzakirə etmək üçün Moskvaya gedib. InterPress.ge xəbər verir ki, HƏMAS-ın beynəlxalq əlaqələr bürosunun rəhbəri Musa Əbu Mərzukun başçılıq etdiyi…

“Həmas”ın nümayəndə heyəti Qəzzada atəşkəsə nail olmaq yollarını müzakirə etmək üçün Moskvaya gedib.

InterPress.ge xəbər verir ki, HƏMAS-ın beynəlxalq əlaqələr bürosunun rəhbəri Musa Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

“Siyasi məsləhətləşmələr zamanı Fələstin xalqına qarşı təcavüzün dayandırılması ilə yanaşı, Qəzza zolağında atəşkəsə nail olmaq yolları müzakirə edilib. "Həmas hərəkatının müqavimət qüvvələri tərəfindən saxlanılan girovlarla bağlı mövqeyi izah edilib", - HƏMAS-ın bəyanatında deyilir.

Bəyanata görə, HƏMAS “Rusiyanın diplomatik səylərini yüksək qiymətləndirir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübSon xəbərlərə bax →