18 
Yan
2024
16:40
263

Baş nazir: "Bizim Ermənistan və Azərbaycanla çox yaxın münasibətimiz və tərəfdaşlığımız var"

"Bizim Ermənistan və Azərbaycanla çox yaxın münasibətimiz və tərəfdaşlığımız var, mən iki il əvvəl cəhd etdim və ilk vasitəçilik uğurlu oldu, çünki Azərbaycan Ermənistan vətəndaşlarını azad etdi, Ermənistan isə Azərbaycana minalanmış ərazilərin xəritələrini verdi. Bu, uğurlu cəhd idi, lakin biz vəziyyətin çox mürəkkəb olduğunu başa düşürük".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu - “Avrasiyanın yeni şəfəqi” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Hökumət başçısı ümid etdiyini bildirib ki, tərəflər tezliklə öz həllini tapacaq və sülh sazişi imzalayacaqlar.

"Regionda çoxlu oyunçular var və bütün yuxarıda qeyd olunanlara əlavə etmək istərdim ki, hər iki ölkənin liderlərinin mövqeyini bilirəm. Ermənistan da, Azərbaycan da ikitərəfli formatda münasibətlər qurmaq istəyir. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bütün maraqlı dairələrin və tərəflərin, vasitəçinin iştirakı ilə vəziyyət daha ziddiyyətli olur, məhsuldarlığı azalır. Buna görə də onlara ən yaxşısını arzulayıram. Mən həqiqətən ümid edirəm ki, onlar tezliklə bir həll tapacaqlar və sülh sazişi imzalayacaqlar”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər