18 
Yan
2024
14:37
797

Aytac Şahmarovanın anası: "Həqiqəti desin, günahkarın qardaşı olduğunu söyləsin"

"Həqiqəti desin. Günahkarın qardaşının olduğunu söyləsin" - 14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi işi üzrə zorla ərə vermək ittihamı ilə saxlanılan Yeganə Məhərrəmova qətldə təqsirləndirilən şəxsin bacısına belə müraciət edib.

InterPress.ge xəbər verir ki, Sadıqova hazırda Rustavi Şəhər Məhkəməsində ifadə verir.

Məhkəmədən əvvəl hakim Maia Şoşiaşvili şahidi və qətlə yetirilən qızın anasını bir neçə dəfə sakit olmağa çağırıb.

Şoşiaşvili Aytac Şahmarovanın anasına onun emosiyalarını başa düşdüyünü, lakin bu hisslərin şahidə təsir etdiyini bildirib. Vəziyyətin gərginləşməsindən sonra proses şahidin dindirilməsi ilə başlayıb.

"Qardaşım Alim Sadıqov mənə dedi ki, bir qızdan xoşum gəlir, gəlin nişan üçün lazım olan hər şeyi alaq, nişanlanım. Ailəmiz - bacım, əmim, atam nişana getdik. Aytacın 18 yaşı tamam olanda evlənəcəklərini əvvəlcədən müzakirə etmişdik. Aytacı ilk dəfə orda gördüm”, - deyə qətldə təqsirləndirilən şəxsin bacısı bildirib.

Prokurorun "Aytacın nişana razılıq verib-vermədiyini kimdən soruşdunuz" sualına şahid “qız və onların tərəfi” deyə cavab verib.

“Mənə dedilər ki, qardaşın və nişanlın qonaq gəliblər. Evə gələndə Ayacı görmədim, mənə pis təsir etdi. Qardaşım heç nə demədi. Sonra eşitdik ki, Aytac anası ilə Badiauridədir, kimdən eşitdiyimi xatırlamıram. Aytacın yanına getdik”, - deyə S. Sadıqova bildirib.

Şahidin sözlərinə görə, Aytac anasının göstərişi ilə onların maşınına minib və əmisinin evinə aparılıb. "Aytac getmək istəmədiyini dedimi" sualına isə şahid mənfi cavab verib.

“Yeganə (ana) qardaşı ilə telefonla danışırdı. Maşın dayanmışdı, taksi idi. Sonra Yeganə mənə dedi ki, qardaşı gəlir, biz Alimin əmisinin evinə getməli idik. Aytac maşında oturmuşdu, anasının göstərişi ilə taksidən düşdü və hər ikisi bizim maşına mindilər. Aytac heç nə demədi. Yeganə və Aytac əmimin evinə getdilər, mən isə evə qayıtdım”, - deyə şahid bildirib

Bizimlə əlaqə saxlayın