Qarşıdakı günlərdə gözlənilən hava proqnozu açıqlandı
Yanvarın 19-20-də Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu +13, +18 dərəcəyə qədər yüksələcək.
Yanvarın 21-də günün sonunda yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Tbilisidə hava yağmursuz keçəcək. Sinoptiklərin məlumatına görə, havanın temperaturu gün ərzində +11, +13 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) yanvarın 19-20-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 21-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +2, +7 dərəcə təşkil edəcək


