Marneuli-Sadaxlı yolunda "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək dirəyə çırpılıb və dərəyə aşıb.
InterPress.ge xəbər verir ki, sürücünün verdiyi məlumata görə, o yolda iki avtomobilin toqquşduğunu görüb və qəzadan yayınmaq üçün yolun kənarına çıxmaq istəyib, nəticədə idarəetməni itirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza yerinə polis cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.
