16 
Yan
2024
09:10
321

Hakim partiya nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin rəhbərliyi ilə hakim partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

InterPress.ge xəbər verir ki, nümayəndə heyətinin üzvləri bu gün Ümumçin Xalq Nümayəndələri Yığıncağı Rəyasət Heyətinin sədr müavini Siao Cie ilə görüşəcək.

Hakim partiyanın nümayəndə heyətinə parlament sədrinin birinci müavini Giorgi Volski, parlament sədrinin müavini İrakli Çikovani, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili, Aqrar Məsələlər Komitəsinin sədri Nino Tsilosani və İdman Komitəsi sədrinin birinci müavini Viktor Sanikidze daxildir.

“Gürcü Arzusu”nun deputatlarının Çin Xalq Respublikasına səfəri yanvarın 14-dən 20-dək davam edəcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər