Bu gündən etibarən hava şəraiti yaxşılaşacaq
Bu gündən etibarən hava şəraiti yaxşılaşacaq.
InterPress.ge xəbər verir ki, Ətraf Mühit Agentliyinin məlumatına görə, yanvarın 15-16 və 18-də Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi, gecə şaxtanın zəifləyəcəyi, gündüz temperaturun yüksələcəyi gözlənilir.
Yanvarın 17-də isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Tbilisidə yağmursuz hava olacaq. Havanın temperaturu gün ərzində +9, +11 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.


