15 
Yan
2024
12:43
341

Badri Caparidze: Bidzina İvanişvili ölkənin məqsədlərinə uyğun hərəkət etmir

"Bidzina İvanişvili ölkənin məqsədlərinə uyğun hərəkət etmir - onu yalnız şəxsi rifahı idarə edir, biz bunu dəyişdirmək və ölkəni vətəndaşlarımızın maraqları əsasında idarə etmək istəyirik".

InterPress.ge xəbər verir ki, bunu “Lelo” partiyasının liderlərindən olan Badri Caparidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Lelo” yaxın vaxtlarda planları barədə əhalini məlumatlandırmaqda davam edəcək.

“Onu (Bidzina İvanişvili) həmişə yalnız şəxsi təhlükəsizliyi, şəxsi rifahı motivasiya edir və biz bunu dəyişmək istəyirik ki, ölkə kiminsə şəxsi rifahı və maraqları əsasında deyil, vətəndaşlarımızın maraqları əsasında idarə olunsun. O ki qaldı “Lelo” ya – aydın planımız var. Yaxın vaxtlarda “Gürcü Arzusu” dəyişəndə və başına Avropayönlü demokratik koalisiya hökuməti gələn kimi, mövcud planlarımız, atacağımız konkret addımlar barədə ictimaiyyəti məlumatlandırmağı davam etdirəcəyik”, - deyə Caparidze bildirib.

O, Vahid Milli Hərəkatın keçmiş sədri Nika Melia ilə mümkün əməkdaşlıq barədə sualı da cavablandırıb və qeyd edib ki, “indiki mərhələdə heç bir məsləhətləşmə aparılmır”.

Bundan əlavə, o, “Gürcü Arzusu” nümayəndə heyətinin Çinə səfərindən danışıb və qeyd edib ki, Çinin Gürcüstanın işğaldan azad edilməsinə dəstəyini açıq şəkildə ifadə etməsi vacibdir.

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər