13 
Yan
2024
11:36
1185

Pensiya fonduna yığılan məbləğ açıqlanıb

31 dekabr 2023-cü il tarixinə Pensiya Agentliyinin aktivləri 4,4 milyard lari, xalis aktivləri isə 856,7 milyon lari təşkil edib.

InterPress.ge xəbər verir ki, Pensiya Agentliyi statistik məlumatları dərc edib.

Agentliyin məlumatına görə, 31 dekabr 2023-cü il tarixinə müxtəlif kateqoriyalardan olan 7095 nəfər məcmu pensiyadan faydalanıb, onlara 21 557 544,86 lari pensiya ödənilib. Pensiya sistemi iştirakçılarının sayı isə bir milyon 477 min nəfərdir.

“Pensiya Agentliyinin rəqəmlərinə dekabrda qlobal bazarlarda səhm qiymətlərinin artması müsbət təsir edib (əvvəlki ayla müqayisədə +3,1%). Bir tərəfdən Gürcüstanda yüksək faiz dərəcələri, digər tərəfdən isə inflyasiyanın aşağı səviyyəsi Pensiya Agentliyinin real balansına (inflyasiya nəzərə alınmaqla) müsbət təsir göstərir. Əvvəldən bu günə kimi ümumi real artım 14,8% təşkil edib.

Portfellərə əsasən, dekabr ayı üzrə nəticələr aşağıdakı kimidir: Mühafizəkar portfel: nominal gəlirlər 1,26%, real gəlirlər (inflyasiya nəzərə alınmaqla) 1,17%; Balanslaşdırılmış portfel: nominal gəlirlər 1,39%, real gəlirlər (inflyasiya nəzərə alınmaqla) 1,30%; Dinamik portfel: nominal gəlirlər 1,46%, real gəlirlər (inflyasiya nəzərə alınmaqla) 1,37%", - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın