Xəbərdarlıq! Sabahdan ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək
Sabahdan ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
InterPress.ge xəbər verir ki, Gürcüstanın həm qərbində, həm də şərqində temperatur aşağı düşəcək, şaxta və qar gözlənilir.
“Gürcüstanın qərbində sabah səhər saatlarından yağıntıların qar şəklində yağacağı gözlənilir. Gürcüstanın həm qərbində, həm də şərqində havanın temperaturunun kəskin enməsini gözləyirik. Yanvarın 14-dən 15-nə keçən gecə Gürcüstan ərazisində şaxta daha da güclənəcək. Paytaxtda güclü qərb küləyinin əsəcəyini gözləyirik.
Şərqi Gürcüstanın aran bölgələrində gün ərzində mənfi temperatur müşahidə oluna bilər. Yanvarın 14-də Şərqi Gürcüstanda hər yerə qar yağacaq”, - Ətraf Mühit Agentliyinin hidrometeoroloji proqnozlaşdırma şöbəsinin rəhbəri Svetlana Nioradze bildirib.


