Dini Məsələlər üzrə Dövlət Agentliyi üç ayların - Rəcəb, Şaban və Ramazan ayının başlanması münasibətilə Gürcüstanın müsəlman icmasını təbrik edir.
InterPress.ge xəbər verir ki, bu barədə Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
“Müsəlman icması yanvarın 12-si təqvimdə bir-birini izləyən və bir çox müsəlman bayramları ilə əlaqəli olan üç ayın - Rəcəb, Şaban və Ramazan ayının başlanğıcını qeyd edir.
Dini Məsələlər üzrə Dövlət Agentliyi üç ayların başlanması münasibətilə Gürcüstanın müsəlman icmasını təbrik edir, onlara sülh və əmin-amanlıq arzulayır”, - deyə məlumatda bildirilir.
