Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı bəyanat yayıb
Müdafiə Nazirliyinin məlumatına görə, Qoridə ölü tapılan mərhum hərbi məzuniyyətdə imiş.
InterPress.ge xəbər verir ki, qurum bununla bağlı məlumat yayıb və mərhumun ailəsinə başsağlığı verir.
“Müdafiə Nazirliyi hərbi qulluqçu, 1982-ci il təvəllüdlü kapral İrakli Apriamaşvilinin faciəvi ölümündən kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.
Adıçəkilən hərbçi məzuniyyətdə idi. Qoridə hərbi qulluqçu Axalşeni kəndinin kənarında, faktiki yaşayış yerinin yaxınlığında, meşədə asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma (115-ci maddəsi) ilə istintaq aparılır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladırıq ki, dünən, yanvarın 11-də Qori bələdiyyəsində meyiti tapılıb.


