10 
Yan
2024
21:13
2033

Bolnisidə iki azyaşlının ölümü ilə bağlı iki nəfərə hökm oxundu

Gürcüstan Prokurorluğu Bolnisi bələdiyyəsində baş vermiş yol qəzası nəticəsində iki azyaşlının ölümü ilə bağlı iki nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, yanvarın 8-də Bolnisi bələdiyyəsi ərazisində mərkəzi yolda “Mercedes” və “Opel” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməyib, yol hərəkəti qaydalarını pozublar və bir-biri ilə toqquşublar, nəticədə avtomobillərdən biri magistral yolun kənarına çıxıb və orada iki azyaşlını vurub. Aldıqları xəsarətlər nəticəsində zərərçəkənlər yerindəcə ölüblər.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri yanvarın 9 və 10-da saxlayıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci və 8-ci hissələri (avtomobilin təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, iki və ya daha çox insanın ölümünə səbəb olmaq və sağlamlığa az ağır zərər vurma) ilə ittiham irəli sürülüb. Cinayətə görə altı ildən on ilədək cəza nəzərdə tutulur”, - deyə prokurorluqdan bildirilib.

Prokurorluqdan verilən məlumata görə, onlar təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcəklər.

Cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın