10 
Yan
2024
19:05
386

Dini Agentlik və Dinlərarası Şuranın üzvləri Rustavidəki qadın cəzaçəkmə müəssisəsində olublar

Dini qurumların nümayəndələri, Dinlərarası Şuranın üzvləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri Rustavidəki beşinci qadın cəzaçəkmə müəssisəsində olublar.

InterPress.ge xəbər verir ki, bu barədə Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Onların verdiyi məlumata görə, səfərdə məqsəd məhkumları Milad və Yeni il münasibətilə təbrik etmək olub.

Dini Məsələlər üzrə Agentliyin Strateji Araşdırmalar, Təhlillər və Regionlar üzrə xidmətinin rəhbəri Nino Çavçavadze agentlik adından ictimaiyyəti Milad və Yeni il bayramları münasibətilə təbrik edib və Dinlərarası Şuraya üzv olan dini qurumları təqdim edib.

Qonaqlar 380 məhkum qadına hədiyyələr - şirniyyatlar, şəxsi gigiyena vasitələri və paltarlar veriblər. Məhkumlar dini qurumlara minnətdarlıqlarını bildiriblər və konsert təşkil olunub.

 

Bizimlə əlaqə saxlayın