Marneulidə iti amansızlıqla qətlə yetirən şəxs barəsində həbs qərarı çıxarıldı
Gürcüstan Prokurorluğu bir nəfəri heyvanın ölümünə səbəb olan amansız rəftar faktında ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, dekabrın 6-da Marneuli bələdiyyəsinin Qaçağan kəndində təqsirləndirilən şəxs iti dəyənəklə şiddətlə döyüb və nəticədə heyvan tələf olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi yanvarın 9-da tutublar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin üçüncü hissəsi (heyvanla amansız rəftar, onun ölümünə səbəb olma) ilə ittiham irəli sürülüb.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Gürcüstan Prokurorluğu heyvanlara qarşı amansızlıqla törədilən cinayətlərlə bağlı ciddi cinayət-hüquq siyasəti yürüdür. Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əlavə edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb, onun əsasında heyvanlara qarşı işgəncə və amansız rəftar cinayətlərinə görə cəza sərtləşdirilib.


