Tbilisidə “Heyvanlara qarşı zorakılığı dayandır” adlı aksiya keçirilib
Tbilisidə heyvan hüquqları müdafiəçiləri Tbilisi klassik gimnaziyasının yaxınlığında nümayiş keçirərək, heyvanlara qarşı zorakılığın dayandırılmasını və cinayətkarlara qarşı sərt tədbirlərin görülməsini tələb ediblər.
InterPress.ge xəbər verir ki, toplaşanlar Marneuli Bələdiyyəsində vətəndaşın itə qarşı zorakılıq halına etiraz edərək, həmin şəxsin “qanunun bütün sərtliyi ilə cəzalandırılmasını” tələb ediblər.
Onlar “Təqsirkar cəzalandırılsın”, “Cinayət Məcəlləsinin 259-cu maddəsi icra edilsin”, “Təqsirkar cəzalandırılsın!” sözləri yazılmış “İt də insandır, zülm edənə son qoy!” “Heyvanlara qarşı zorakılığı dayandırın!” plakatlarını nümayiş etdiriblər.
“Bu gün toplaşmağımızın səbəbi ölkədə itin dəhşətli şəkildə öldürülməsi faktına etiraz etməkdir. Eyni zamanda, həm toplanışımızla həm cəmiyyəti maarifləndirmək, həm də səsimizi aidiyyatı qurum və strukturlara çatdırmaq istərdik. Prokurorluqdan xahiş edirik ki, adıçəkilən şəxs qanunun ən sərt həddində cəzalandırılsın. İnanıram ki, strukturlarda çalışanların hamısı ürəksiz deyil, onu da bilirəm ki, bunu bir-iki nəfər həll etmir, amma bütün bunlar dəyişməsə və yenə burada (Parlamentin yaxınlığında) baş verərsə, on və yüz gələcək, sonra başqa belə əməllər görəcəyik”.- mitinqin təşkilatçılarından biri bildirib.


