Marneulidə iti döyən şəxsin anası: “ Oğlum əsəbləşdiyi üçün iti döyüb”
Marneulidə iti amansızca döydüyünə görə həbs edilən kişinin anası bildirir ki, oğlu toyuqları yediyi üçün iti döyüb .
InterPress.ge xəbər verir ki, o, oğlunun13 yaşlı yeniyetməyə cinsi təcavüz etməsi ilə bağlı yayılan məlumatları da təkzib edir:
"Bütün toyuqlarımı it yeyib, bir inəyi də dişləyib, 10-dan çox toyuğu öldürüb, buna görə də oğlum çox əsəbiləşdi və iti döydü. Bu hadisə təxminən iki ay əvvəl baş verib. Videonu kimin çəkdiyini bilmirəm.
İndi məlum olub ki, oğlumu dünəndən aldadılaraq dərəyə aparılıb və 5-ə yaxın adam tərəfindən şiddətlə döyülüb. Oğlumun dediyinə görə, onu öldürmək üçün bıçaq axtarırdılar.Polis gələndə oğluç çarpayıda döyülmüş vəziyyətdə uzanmışdı. Onu 5-ci sinif şagirdini zorlamaqda ittiham etdilər . Bu yalandır. Qızın nənəsi bizə gəlmişdi, mən dedim ki, oğlum belə etməz, anlaşılmazlıq olub. Düşünürəm ki, bu video döyülmə hekayəsini ört- basdır etmək üçün yayımlanıb”- iti döyən şəxsin anası bildirib.


