09 
Yan
2024
17:10
462

Varketilidə baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum oldu

Varketilidə 27 yaşlı həyat yoldaşı Ketevan Ediberidzenin əri Qiorqi Kavlelaşvili tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, gənc cütlüyün qonşularının sözlərinə görə, Kavlelaşvili arvadını yuxuda olarkən bıçaqlayıb.

Hadisə zamanı  evdə cütlüyün 4 aylıq körpəsi və Kavlelaşvilinin atası olub.

“Onlar uzun müddətdir ki, burada yaşayırlar. Arvad, ər, 4 aylıq uşaq və oğlanın atası birlikdə yaşayırdılar. Onu yaxından tanımırdım, bu onun ikinci arvadıdı, hamilə olanda həyətdə bir yerdə gəzirdilər. Onlar bir-iki ildir ki ailə qurub. O vaxt kənddə, səhv etmirəmsə, Dmanisi rayonunda idilər, eşitdiyimə görə, dünən axşam gəliblər, uşağı peyvənd etdirməyə aparıblar. Bu oğlan gözümüzün qabağında böyüyüb, indiyə qədər onun haqqında heç vaxt pis bir şey eşitməmişdik. Qonşum mənə dedi ki, Qoğla arvadını öldürüb. Bəziləri deyir ki, o , sərxoş olmayıb, atası hadisə zamanı evdə olub, yatıb, heç nə eşitməyib. O, qətli səhər törədib. Qonşular dedi ki, o, yatarkən bıçaqla vurulub, uşaq da evdə olub”, - deyə qonşu bildirib.

Xatırladırıq ki, gənc qadın soyuq silah yaraları ilə “İnqoroğva” klinikasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisədən sonra kişi özünə xəsarət yetirib, xəstəxanaya aparılıb.
 

Bizimlə əlaqə saxlayın