08 
Yan
2024
17:31
5054

Bolnisi-Marneuli yolunda göy-göyərti satan iki azyaşlını avtomobil vuraraq öldürüb - FOTO

Bolnisinin Balaxauri kəndində yol kənarında göy-göyərti satan iki azyaşlını avtomobil vurub.

InterPress.ge şahidlərə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil yolun kənarında əl arabasında göy-göyərti satan iki uşağı vurub.

Məlumat görə, azyaşlılar yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub. Hadisəni törədən sürücü saxlanılıb. 

 

Bizimlə əlaqə saxlayın