Audit Xidməti: Dmanisi meriyasında 2 milyon lari səmərəsiz xərclənib
Dmanisi meriyasında 2 milyon lari səmərəsiz xərclənib.
InterPress.ge xəbər verir ki, bu barədə Dmanisi Bələdiyyəsinin 2021-2022-ci illər üzrə fəaliyyətinin Audio Xidməti tərəfindən aparılan audit hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, 2021-2022-ci illərdə bələdiyyə büdcədə nəzərdə tutulmuş infrastruktur layihələrinin vaxtında icrasını təmin edə bilməyib və xeyli balans (sərbəst balans daxil olmaqla) toplayıb. Bu, bələdiyyənin mülkiyyətində olan maliyyə vəsaitlərinin səmərəsiz idarə olunmasından xəbər verir.
Həmçinin, audit xidmətinin rəyinə əsasən, müqavilənin icrasında nöqsanlar da aşkar edilib. Xüsusilə:
“Müqavilələrin idarə olunması prosesində bələdiyyənin nəzarət mexanizmləri yetərsizdir. Müqavilələrə xitam verildikdən sonra dəymiş zərərin ödənilməsi üçün özünüidarəetmə vahidi ümumilikdə 57,7 min lari zəmanət və cərimə vəsaiti ala bilməyib. Bundan başqa, mühüm infrastruktur obyektləri də yarımçıq qalıb. Bələdiyyə 2 004 600 larini səmərəsiz xərcləyib və layihələri vaxtında həyata keçirmək baxımından nəzərdə tutulan nəticəni əldə edə bilməyib.
Müqavilənin şərtlərinin pozulmasına görə cərimə sanksiyalarının tətbiqi bələdiyyə tərəfindən sistemli qüsurlarla həyata keçirilib. Proses həm müqavilənin qüvvədə olduğu müddətdə cərimələrin yığılması, həm də satınalan subyektin sonrakı cavabı baxımından qüsurludur. Qeyd olunan çatışmazlığa görə bələdiyyə 2325,2 min lari məbləğində cəriməni vaxtında ala bilməyib”, - deyə sənəddə qeyd olunub.


