Marneulidə Milad bayramı münasibətilə ənənəvi "Alilo" yürüşü keçirilib
Marneulidə Milad bayramı münasibətilə ənənəvi "Alilo" yürüşü keçirilib.
InterPress.ge xəbər verir ki, Marneulinin Davit Ağmaşenebeli adına Kafedral Məbədindən başlayan yürüşə, Marneuli və Hujab Yeparxiyasının yepiskopu - Qiorqi Jamdeliani rəhbərlik edib.
Təntənəli yürüşdə Marneuli Munisipalitetinin yerli özünüidarəetmə rəhbərləri, əməkdaşları, din xadimləri, kilsə nümayəndələri və vətəndaşlar iştirak ediblər.
"Məsihin müjdəçiləri" Milad dualarının sədaları altında, hədiyyələri toplamaq üçün şəhərin mərkəzi küçəsindən keçiblər.
Qeyd edək ki, Munisipalitetin təşəbbüsü ilə "Alilo" iştirakçılarına müxtəlif hədiyyələr təqdim ediblər. Sözügedən hədiyyələr, sosial cəhətdən həssas ailələrə paylanacaq.
Qeyd edək ki, Gürcüstanda "Alilo" ənənəsi öz mənbəyini V-VI əsrlərdən götürür.


