İrakli Kobaxidze: "Parlament seçkilərində qələbəmiz qaçılmazdır"
"Parlament seçkilərində qələbəmiz qaçılmazdır. Bu gün bizim göstəricimiz 60%-ə yaxındır, ona görə də müxalifətin bu seçkilərdə heç bir uğur əldə etmək şansı yoxdur, bütün bunları özləri yaradıblar”.
InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
İrakli Kobaxidzenin qeyd etdiyinə görə, hakimiyyətin 2024-cü ildə vəzifəsi ölkəni daha da irəli aparmaqdır.
“Bu, vacib il olacaq, o cümlədən parlament seçkiləri olacaq. Əminik ki, ölkədə əmin-amanlıq, tərəqqi qorunacaq, biz buna cavabdehik və gələn il də bu məsuliyyətlə hərəkət edəcəyik. Bu parlament seçkilərində qələbəmiz qaçılmazdır. Bu gün bizim göstəricimiz 60%-ə yaxındır, ona görə də müxalifətin bu seçkilərdə heç bir uğur qazanmaq şansı yoxdur, bütün bunları özləri yaradıblar”, - deyə İrakli Kobaxidze bildirib.


