Qarşıdakı günlərin hava proqnozu açıqlandı
Yanvarın 7-8-də Gürcüstanın bəzi rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərbi Gürcüstan düzənliyində havanın +16, +21 dərəcəyə qədər istilənəcəyi, yanvarın 9-dan isə yenidən nisbətən soyuq və yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların verdiyi məlumata görə, yanvarın 8-9-da Şərqi Gürcüstanın aran bölgələrində +10, +15 dərəcə isti olacaq.
Tbilisidə hava yağmursuz olacaq, havanın temperaturu gün ərzində +11, +13 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) yanvarın 9-da bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq, havanın temperaturu gün ərzində +13, +15 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): yanvarın 9-da bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturunun gün ərzində +12, +14 dərəcə isti olacağı gözlənilir.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) yanvarın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 9-da isə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +6 dərəcə olacaq.


