Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qoridə yanacaqdoldurma məntəqəsi qarət olunub

380
Qoridə yanacaqdoldurma məntəqəsi qarət olunub
Dinləmək üçün basın

Qoridə mərkəzi magistral yolun yaxınlığındakı yanacaqdoldurma məntəqəsi qarət edilib.

InterPress.ge xəbər verir ki, hadisə yanvarın 2-də baş verib.

Məlumata görə, oğurluqda biri azyaşlı olmaqla 2 nəfər iştirak edib. Onlar yanacaqdoldurma məntəqəsinin operatorundan silah gücünə 600 lariyə qədər pul alaraq qaçıblar.

Polis cinayətdə əli olan şəxsləri 2 günə yaxın axtarıb və Karelidə saxlayıb.

Oğurluqda təqsirləndirilən şəxslərdən biri azyaşlı olduğundan, yalnız yetkin şəxsə ittiham irəli sürülüb.

Faktla bağlı quldurluq maddəsi ilə araşdırma aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübSon xəbərlərə bax →