11 
Avq
2020
12:04
712

Gürcüstanda Koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Koronavirusun 14 yeni halından 2-si Qaçiani, 9-zu virusdaşıyıcısı ilə təmas, 3-ü isə xaricdən daxil olmadır. Bunlardan 2-si yük avtomobili sürücüsüdür. Onun sözlərinə görə hal-hazırki vəziyyətə görə Covid mərkəzlərdə 194 xəstə müalicə alır ki, bunlardan 8-nin sağlamlıq durumu ağırdır."

İnterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia bildirib.

"Dünən koronavirusun 14 yeni halı təsdiqləndi və ümumi say 1264 nəfərə çatdı. Sağlamlığına 44 nəfər qovuşub və ümumi say 1054 nəfəri təşkil edir. Sağlamlığına qovuşan 44 nəfərdən çoxu Əfqanıstandan gələn hərbçilərdir. Bu gün ki gündə Covid mərkəzlərdə 194 virusdaşıyıcısı müalicə alır. 194 nəfərin 8 nəfərinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Digər müalicə alan xəstələrin 80 %-nin vəziyyətləri orta ağırdır. Qalanları isə orta yüngüldür.

Mərkəzimizə gəlincə mərkləzimizdə 27 xəstə müalicə alırdı, buradan 3 ü sağaldı, lakin 9 yeni virusdaşıyıcısıəlavə olundu və hal hazırda müalicə alan virusdaşıyıcılarənın mərkəzimizdə ümumi sayı 33 nəfəri təşkil edir.

Bu 9 nəfərdən yalnız biri sərhəd zonasındandır, 8 nəfər isə Mestia bələdiyyəsindən gətirilən xəstələrdir. Aparılan tədqiqatlara dayanaraq hal hazırda onların sağlamlıq vəziyyətləri ağır hesablanmır"-dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın