05 
Yan
2024
22:54
334

Entoni Blinken Türkiyəyə gedib

ABŞ dövlət katibi Entoni Blinken bölgəyə səfəri çərçivəsində Türkiyəyə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyə Blinkenin bölgəyə planlaşdırılan səfərləri çərçivəsində ilk dayanacağıdır.

Dövlət katibinin şənbə günü İstanbulda görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.

Qeyd edək ki, ötən  ilin noyabrında Türkiyəyə sonuncu səfəri zamanı Blinken Ərdoğanla görüşməyib, türkiyəli həmkarı - xarici işlər naziri Hakan Fidanla görüşüb.
Blinken bölgəyə səfəri çərçivəsində Türkiyədən sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili, Misir və Yunanıstana gedəcək.
2023-cü il oktyabrın 7-də "Həmas"ın İsrailə hücumundan sonra bu, Blinkenin bölgəyə dördüncü səfəridir.

Bizimlə əlaqə saxlayın