04 
Yan
2024
17:30
335

Rusiya İrandan ballistik raketlər almağı planlaşdırır

"Rusiya İrandan qısa mənzilli ballistik raketlər almağı planlaşdırır ki, bu da Rusiyanın Ukrayna infrastrukturuna hücum imkanlarını gücləndirəcək"

InterPress.ge xəbər verir ki, bu barədə "WSJ " nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, tərəflər artıq sazişi imzalamağa yaxındırlar və uğurlu olarsa, İran raketləri bu ilin yazında Rusiyaya gələ bilər.

"ABŞ Rusiyanın İrandan qısa mənzilli ballistik raketlərin alınması üzrə danışıqlarının irəli getməsindən narahatdır. Biz Rusiyanın İrandan raket sistemləri almaq niyyətində olduğundan şübhələnirik". - nəşrə danışan ABŞ rəsmisi bildirib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Moskva İran raketlərini almaq istəyini dekabrın ortalarında Rusiya nümayəndə heyəti İranın təlim bazasına səfəri zamanı bildirib.

Qeyd edək ki, Rusiya artıq Şimali Koreyadan ballistik raket buraxılış qurğuları və bir neçə onlarla ballistik raket almağa başlayıb.

Bizimlə əlaqə saxlayın