04 
Yan
2024
13:49
867

Qızılhacılı kəndində ev yanaraq yararsız hala düşüb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində ev yanıb. 

InterPress.ge-nin xəbərinə görə, yanğın nəticəsində ev yararsız hala düşüb.

Yanğın gecə saatlarında baş verib. Ailə binanı tərk edə bilib və yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələlik məlum deyil, yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.

 Hadisə yerinə yanğınsöndürənlər səfərbər edilib.

Mənbə: Mtavari Arxi 

Bizimlə əlaqə saxlayın