03 
Yan
2024
10:39
1059

Marneuli - Bolnisi yolunda sərxoş sürücü qəza törətdi - FOTO

Marneuli - Bolnisi yolunun Xidisğuri (Həsənxocalı) kəndi hissəsində avtomobil qəzası olub.

InterPress.ge-nin məlumatına görə, "Mercedes" markalı iki avtomobil toqquşub.

Məlumata görə, avtomobillərdən biri öz yolu ilə hərəkət edərkən, arxadan yüksək sürətlə gələn digər avtomobil ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Əldə etdiyimiz məlumata görə, qəzanı törədən sürücü sərxoş olub.

Hadisə yerinə təcili yardım, xilasedici və patrul əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın