Güclü qar səbəbilə bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi
Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri -Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Qeyd olunan rejimdə nəqliyyat vasitələrinin hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.
Qar yağması ilə əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km52 hissəsində (Nakerala aşırımı) qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağan deyil.
Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.


