31 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Saqareco bələdiyyəsinin Manavi kəndində qətl hadisəsi ilə bağlı saxlanılan şəxs barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs törətdiyi əməli etiraf edib və peşmandır.
Məlumata görə, bu gün Telavi rayon məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb. Vəkil təqsirləndirilən şəxsin 5 min lari girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, məhkəmə prokurorluğun vəsatətini qəbul edib.
İstintaqın məlumatına görə, evinə qonaq kimi gələn 31 yaşlı Vitali Koxtaşvilini soyuq silahla ölümcül yaralayan 57 yaşlı Eldar Sabaşvili saxlanılıb. Sabaşvilinin ailə üzvlərinin sözlərinə görə, qətlə yetirilən şəxslə qətli törədən şəxs arasında münaqişə çoxdan pul üstündə başlayıb.
Təqsirləndirilən şəxsin ailə üzvləri deyirlər ki, bu illər ərzində öldürülən Koxtaşvili Sabaşvilidən tez-tez pul alıb. Onların öz məlumatına görə, bu fakta görə Sığnaqi məhkəməsi Koxtaşvili barəsində həbs qətimkan tədbiri seçib.
Növbəti məhkəmə prosesi fevralın 22-də Telavi məhkəməsində keçiriləcək. İstintaq Sabaşvilini 7 ildən 15 ilədək həbsi nəzərdə tutan qəsdən adam öldürməkdə ittiham edir.
Xatırladırıq ki, qətl hadisəsi dekabrın 31-də Manavidə baş verib.


