02 
Yan
2024
11:24
609

Bu şəhərlərdə suyun qiyməti artıb

Tbilisi, Mtsxeta və Rustavidəki müəssisələr su haqqını artırılmış tariflə ödəyəcəklər.

InterPress.ge xəbər verir ki, Semek tərəfindən təsdiq edilən yeni tarifə əsasən, məişət istifadəçiləri (sakinlər) üçün su haqqı dəyişməz qalıb.

Qeyri-məişət istifadəçilərinə (dövlət və kommersiya təşkilatlarına) gəlincə, Tbilisi və Mtsxetada 1 m3 üçün su haqqı yanvarın 1-dən 8 807 lari, Rustavidə 6 500 lari olub.

Su təchizatı müəssisəsi üçün müəyyən edilmiş tariflər 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, su təchizatı tariflərinin dəyişdirilməsi Tbilisi, Mtsxeta və Rustavidə köhnəlmiş su təchizatı infrastrukturunun bərpası və dəyişdirilməsi zərurəti ilə bağlıdır. Bu məqsədlə Semek 2024-2026-cı illərdə “Georgian Water and Power” MMC tərəfindən həyata keçiriləcək 363 868 823 lari investisiyaya razılıq verib. İnvestisiya layihələrinin məqsədi içməli su təchizatının fasiləsizliyini, etibarlılığını və keyfiyyətini artırmaqdır.

Bizimlə əlaqə saxlayın