İrakli Kobaxidze partiya qurultayında ilk açıqlamanı verdi
"Bugünkü qurultayın əsas məsələsi partiyada fəxri sədr vəzifəsinin təqdim edilməsidir. Sözügedən vəzifəni partiyamızın qurucusu, 2012-ci ilin demokratik çevirişlərinin yaradıcısı Bidzina İvanişvili tutacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze partiyanın qurultayında bildirib.
Onun sözlərinə görə, qurultayın işçi hissəsində partiyanın gələcək planları, o cümlədən seçkiqabağı hazırlıqlar barədə danışılıb.
"İctimaiyyətin nəzərinə çatdırırıq ki, qurultayın iş hissəsi başa çatıb və biz qurultayın ictimai hissəsinə başlayırıq. Qurultayın işçi hissəsində siyasi şuranın və təftiş komissiyasının hesabatları dinlənilib, təftiş komissiyasının yenilənmiş tərkibi təsdiq edilib, partiyanın gələcək planlarından, o cümlədən seçkiqabağı hazırlıqdan danışdıq. Bundan başqa, partiyanın nizamnaməsinə də bir sıra dəyişikliklər edilib. Bugünkü partiya qurultayının əsas hadisəsi partiyanın qurultayının yekdil dəstəyi ilə partiyaya fəxri sədr vəzifəsinin təqdim edilməsidir ki, bu vəzifəni partiyamızın qurucusu, 2012-ci ilin demokratik çevirişlərinin yaradıcısı Bidzina İvanişvili tutacaq”, - Kobaxidze bildirib.


