29 
Dek
2023
12:05
323

Prokurorluq dələduzluq yolu ilə daşınmaz əmlak əldə etmək və qanunsuz gəlirləri leqallaşdırmaq ittihamı ilə 9 nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu qrup tərəfindən dələduzluq yolu ilə daşınmaz əmlak əldə etməkdə və qanunsuz gəlirləri leqallaşdırmaqda 9 nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, prokurorluq tərəfindən aparılan istintaqla müəyyən edilib ki, cinayətkar dəstənin üzvləri Dövlət Reyestri Milli Agentliyinə təqsirləndirilən şəxslərə daşınmaz əmlak sahiblərinin nümayəndələri qismində saxta vəkalətnamələr təqdim ediblər, buna əsasən, Tbilisi və Batumi şəhərlərində İran İslam Respublikasının vətəndaşlarına məxsus daşınmaz əmlakı istənilən yolla idarə etmək hüququna sahib olublar.

“Yuxarıda qeyd olunan etibarnamə əsasında təqsirləndirilən şəxslər 19 zərərçəkmişə məxsus ümumi sahəsi 2435,05 kvadratmetr olan 15 daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirib və nəticədə 3 milyon 248 min 375 lari dəyərində maddi ziyan vurublar. Əmlakın mənşəyini, onun əsl mahiyyətini və həqiqi sahibini ört-basdır etmək məqsədilə təqsirləndirilən şəxslər saxta müqavilələr əsasında dələduzluq yolu ilə əldə etdikləri daşınmaz əmlakı onlara tanış olan şəxslərin üzərinə rəsmiləşdiriblər, sonra isə satıblar. Cinayətkar dəstə üzvlərinin əməlləri külli miqdarda 727 455 lari əldə etməyə səbəb olub. 

Prokurorluğun vəsatəti əsasında 6 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, onlardan 5 nəfərə axtarış elan olunub, 3 nəfər isə zaminə buraxılıb. Cinayəti törədən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər