28 
Dek
2023
20:41
357

NATO: “İşğal olunmuş Abxaziya ərazisində torpaqların Rusiyaya verilməsi cəhdi qəbuledilməzdir“

"Gürcüstanın qanunsuz işğal olunmuş Abxaziya ərazisində torpaqların Rusiyaya verilməsi cəhdi qəbuledilməzdir"

InterPress.ge xəbər verir ki, bu barədə NATO rəsmisi Europetime- a bildirib.

Alyans qeyd edir ki, NATO Gürcüstanın yanındadır.

“Gürcüstanın qanunsuz işğal olunmuş Abxaziya ərazisində torpaqların Rusiyaya verilməsi cəhdi qəbuledilməzdir. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik. NATO yaxın tərəfdaşımız Gürcüstanla həmrəyliyini ifadə edir”, - NATO rəsmisi bildirib.

Xatırladırıq ki, qondarma Abxaziya Parlamenti Bicvinta bağ evinin Rusiyaya verilməsi haqqında sazişi ratifikasiya edib. Qondarma Prezident Aslan Bjaniya Bicvinta bağ evinin Rusiyaya verilməsinə dair qanunu imzalayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər