28 
Dek
2023
17:03
371

Müəllimləri narahat edən problemlərlə bağlı Marneulidə görüş keçirilib

28 dekabr tarixində Marneulidə Mülki Məşğulluq Mərkəzində müəllimlərlə görüş keçirildi.

InterPress.ge -nin məlumatına görə, görüşə azərbaycanlıların yaşadıqları bölgələrdə azərbaycandilli məktəblərdə dərs deyən müəllimlər qatılıb.

Müəllimlərin istəyi ilə baş tutan görüşdə inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin, pedaqoji kolleci bitirən müəllimlərin üzləşdikləri problemlər, eləcə də müəllimləri narahat edən digər məsələlər müzakirə edilib.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın sözlərinə görə, müəllimlərin fənn imtahanını ana dilində vermək hüquqları var, ancaq belə imkanlar inklüziv təhsil sistemində çalışan müəllimlər üçün bu günə qədər yaradılmayıbdır.

Pedaqoji kolleci bitirən müəllimlərin üzləşdikləri problemə münasibət bildirən Aygül İsayeva Gürcüstanın təhsil qanunvericiliyinə əsasən müəllim olmaq üçün bakalavr diplomunun olmasının tələb edildiyini qeyd edib: “Bəzi müəllimlər pedaqoji kolleci Azərbaycanda bitiriblər. Onların diplomunda ibtidai sinif müəllimi kimi işləmək səlahiyyətlərinin olması qeyd edilib. Bu müəllimlərin bəziləri fənn imtahanından 1 kredit toplayıb baş müəllim statusunu alıbdır. Fənn imtahanından 10 kredit toplayanlara isə status verilmir, səbəb olaraq bakalavr diplomunun olmaması qeyd edilir. Gürcüstanın Təhsil və Elm nazirliyinin və Müəllimlər Evinin səalhiyyətlərini aşıb pedaqoji kolleci bitirən müəllimlərə hansı halda status verməsi və verməməsi bizim üçün maraqlıdır və müraciətdə bu suallar əks etdirilibdir.”

Görüşdə müəllimləri narahat edən digər məsələlər də dinlənilib və növbəti görüşün keçirilməsi ilə bağlı qərar qəbul edilib. Sonda dövlət qurumlarına ünvanlanan müraciət oxunaraq yekdilliklə qəbul edilibdir.


 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər