28 
Dek
2023
15:47
776

Hakim Aytac Şahmarovanın anası və dayısını həbsdə saxladı

Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze 14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi, zorla ərə verilməsi və cinayət barədə xəbər verməmək faktı ilə bağlı azyaşlının anası və dayısını həbsdə saxlayıb.

InterPress.ge xəbər verir ki, Rustavi Şəhər Məhkəməsində keçirilən məhkəmə hazırlıq iclası başa çatıb.

İclasda sübutlara baxılıb və ittiham tərəfinin təqdim etdiyi sübutlar hakim tərəfindən məqbul hesab edilib.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin - azadlıqdan məhrum etmə cəzasının girovla əvəz edilməsini tələb ediblər.

Hakim Madonna Maisuradze onların vəsatətini təmin etməyib və hər iki təqsirləndirilən şəxsi həbsdə saxlayıb.

Hakim Madonna Maisuradze oktyabrın 11-də təqsirləndirilən şəxslər Yeganə Məhərrəmova və Natik Mahərrəmovun barəsində həbs qətimkan tədbiri seçib.

Qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısı prokurorluğun irəli sürdüyü ittihamı tanımayıb və prosesdə qızın heç bir məcburiyyət olmadan öz istəyi ilə ailə qurduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər