Türkiyə Respublikasında keçirilən üçtərəfli təlimdə Milli Qvardiyanın əsgərləri iştirak edib
Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatında Ankarada təbii fəlakətlər zamanı DAK-23 axtarış-xilasetmə təlimi keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının əsgərləri türkiyəli və azərbaycanlı həmkarları ilə birgə bir həftəlik taktiki səviyyəli təlimdə iştirak ediblər.
Üçtərəfli təlimin məqsədi mümkün təbii fəlakətlər zamanı Gürcüstan-Türkiyə-Azərbaycan axtarış-xilasetmə qrupları arasında əməkdaşlığın, koordinasiyanın və qarşılıqlı fəaliyyətin artırılması olub. Təlimdə simulyasiya ssenarisinə uyğun olaraq zəlzələ zamanı axtarış-xilasetmə əməliyyatları oynanılıb.
Hərbçilər xilasedici avadanlıqlardan istifadə etməklə yaralıları dağıntılar altından çıxarmalı, yaralıları quru və hava nəqliyyatı ilə təxliyə etməli, dağıntılar altında qalmış insanları itlərin köməyi ilə axtarıb xilas etməli olublar. Təlim növbə ilə aparılır. Gələn il DAK-23-ə Azərbaycan, daha sonra isə Gürcüstan ev sahibliyi edəcək.


