Vətəndaşlar keçmiş hərbi bazanın binasına soxulublar
Batumidə vətəndaşlar Cğlispira küçəsində yerləşən keçmiş hərbi bazanın binasına giriblər.
InterPress.ge xəbər verir ki, onların sözlərinə görə, yaşayış yeri olmadığı üçün binadan çıxmaq fikrində deyillər və sığınacaq istəyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub.
“Kirayə pulunu ödəyə bilmirik, xəstələrimiz, azyaşlı uşaqlarımız var, üstümüzə yağış yağır, getməyə yerimiz yoxdur. Bəli, biz qanunsuz girmişik, amma başqa çarəmiz yoxdur. Diqqət istəyirik”, - deyə vətəndaşlar bildiriblər.
Batumi Sakrebulo sədri Ramaz Cinçaradze vətəndaşlarla görüşüb. O, jurnalistlərə açıqlamasında qeyd edib ki, vətəndaşlara Batumi Meriyasının proqramında iştirak edəcəklərinə və onlara köməklik göstərəcəklərinə söz verib.


