Azərbaycanın Gürcüstandakı səfirliyində "Heydar Aliyev 100" poçt markasının təqdimat mərasimi keçirilib - FOTO
Dekabrın 26-da, Səfirliyin təşəbbüsü ilə Gürcüstanda çap olunan "Heydar Aliyev 100" poçt markasının təqdimat mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində keçirilib.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək, "Heydar Aliyev 100" poçt markasının Gürcüstanda çap olunmasının əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Gürcüstanda 2023-ci ildə Heydər Əliyevin 100 iliyi ilə bağlı silsilə tədbirlər keçirilib. Gürcüstanda onun bağlı keçirilən tədbirlər demək olar ki, bütün sahələri əhatə edib.
Diplomat bu tədbirlərin həyata keçirilməsində Gürcüstan hökumətinin, xüsusən də Baş nazir İrakli Qaribaşvilinin dəstəyini xüsusi qeyd edib.
Sonra Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili “Azərpoçt” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev çıxış edib, Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasındakı münasibətlərin inkişafındakı xidmətlərindən danışıb, “Heydar Aliyev 100” markasının çap olunmasını dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətin atılmış addımlardan biri kimi dəyərləndirmişlər.
Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili InterPress.ge portalına müsahibəsində qeyd edib ki, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin banisi ola Ulu Öndər Heydər Əliyev bütün gürcü xalqı üçün də əziz şəxsiyyət olub. Bu gün Gürcüstanda onun 100 illiyinə həsr olunmuş markanın çap olunması çox böyük əhəmiyyət daşıyır.
“Azərpoçt” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev isə portalımıza müsahibəsində deyib: “Poçt markaları görkəmli şəxslər adlarının əbədiləşdirilməsi, eləcə də müxtəlif hadisələrlə bağlı buraxılan simvolik vasitədir. İl ərzində Ulu Öndər Heydər Əliyevin 100 iliyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində bir neçə ölkələrdə müxtəlif poçt markaları buraxılıb. Bu tədbirlərdən biridə Gürcüstandakı səfirliyimizdə keçirilir. Bu markaların buraxılmasında əsas məqsəd Ümummili Liderin fəaliyyətinin, həyatda keçiridiyi siyasəti hamıya çatdırılmqdan ibarətdir”.
Təqdimat mərasimində F.Quliyev, Q.Quramişvili və İ.Msuatafayev “Heydar Aliyev 100” poçt markasının buraxılması ilə bağlı müvafiq sənəd imzalayıblar.
Xəbərin müəllifi: Aysun Əhmədova
.jpeg)
.jpeg)


